This entry was posted on Çərşənbə Axşamı, Sentyabr 18th, 2012 at 10:54 and is filed under DÖYÜŞ YOLDAŞLARI, XƏBƏRLƏR, ƏLAQƏ. You can follow any responses to this entry through the RSS 2.0 feed. You can leave a response, or trackback from your own site.
HEYDƏR ƏLİYEV 9 MİLYONLUQ AZƏRBAYCAN DÖVLƏTİNİN DEYİL, DÜNYA AZƏRBAYCANLILARININ ULU ÖNDƏRİDİR

Ulu öndərin qiymətləndirib dəyər verdiyi sahəsindən asılı olmayaraq istər həkim olsun, istər incəsənət adamı olsun, istər iqtisadçı olsun, istərsə də hərbçi fərq etməz, deməli seçilmiş insanlardır. Çünki Ulu Öndərimizin verdiyi qiymət və dəyər ən böyük xoşbəxtlikdir. O xoşbəxtliyi hiss edib yaşayan insanların fikir və düşüncələri də bizlər üçün çox önəmlidir.
Həmin dəyərli insanlardan biri də elan edilməmiş Qarabağ müharibəsində xüsusi xidmətləri olmuş, erməni qəsbkarlarına qarşı aparılan döyüşlərdə şəxsi igidliklər və şücaətlər göstərən, gələcək nəsillərə və döyüşçülərə bariz nümunə İbad Hüseynovdur. Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qiymətləndirilən “Azərbaycan Bayrağı” ordenli, xüsusi təyinatlı kəşfiyyat-diversiya qrupunun komandiri olmuş İbad Hüseynov haqqında Azərbaycanın bir çox ziyalıları, millət vəkilləri və hərb sahəsində xidmətləri ilə təsdiqlənmiş insanlar öz fikir və təəssüratlarını bildirmişlər.
Azərbaycan müstəqillik əldə etdikdən sonra birlik və birləşmə komandiri olmuş 2002-2005-ci illərdə isə Müdafiə Nazirliyi Təşkilat Səfərbərlik İdarəsinin rəisi – Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini vəzifəsində çalışmış Yaşar
Aydəmirov Ulu Öndərimiz Heydər Əliyevin dövründə təcrübəli kadr hesab olunmuşdu. O illərin canlı şahidi olan general-leytenantımız Yaşar Aydəmirovun fikirləri də oxucularımız üçün maraqlı olacaq.
Ulu Öndərimizin qayğı və diqqətini hər zaman hiss etmişik. O diqqət və qayğı sayəsində zabit olmaq şərəfinə nail olmuşam. Ulu Öndərimiz mənə general rütbəsi verən ərəfədə yanına çağırıb söhbət edərkən “…sən neçənci ildə qutarmısan…” soruşdu. 1976-cı ildə qutardığımı biləndə diplomu mənə kim tərəfindən verildiyini soruşanda, yadıma sala bilmədiyimi dedim.Heydər Əliyev mənə gülümsünüb həmin şəxsin adını dedi və zarafatla “…mənim yadımdadır” söylədi. Heydər Əliyev elə böyük bir şəxsiyyətdir ki, onun hərəkətləri, danışıqları, davranışları hər birimiz üçün örnəkdir.
Tanrının bizə rəhmi gəlib ona görə də elə bir şəxsiyyəti bizə bəxş edib, yoxsa Azərbaycan gör neçə yerə parçalana bilərdi.Hər birimizin taleyimizdə rolu, hər birimizin problemlərini dərindən bilən şəxsiyyət olub. Bir dəfə məndən ata yurdundakı evini deyəsən təmir etdirmisən soruşdu. Məttəl qaldım Heydər Əliyev bunu hardan bilir. Azərbaycan Heydər Əliyev üçün hər şey demək idi. Heydər Əliyev Azərbaycanın hər dağının, hər daşını bilən və sevən bir şəxsiyyət olub. Onun bizimlə, zabitlərlə danışan zaman gözlərinə baxmaq kifayət edərdi ki, insan vətən sevgisini hiss etsin. Heydər Əliyevdə yorulmaq, tükənmək anlamı yox idi.
Bir dəfə Lənkərana hərbi hissəyə gəlmişdi yağışlı-palçıqlı hava idi, tribunanın üstünü bağlamışdıq ki, yağış vurmasın, amma bir addım da geri cəkilmədən neçə saat yağışın altında islanaraq çıxış etdi. O leysanlı-küləkli havada bütün suyun içində əsgərlərlə səmimi olaraq, elə həvəslə, elə ürəklə danışırdı ki, yəni ona nə soyuq hava, nə tufan təsir edə bilməzdi.
Mənə general rütbəsi verən zaman dediyi “…Sən mənim zabitimsən, bilirəm ki, mənim etimadımı, inamımı doğruldacaqsan sözləri həmişə qulağımdadır.
Heydər Əliyev hakimiyyətə gəlişiylə dağılmaq, məhv olmaq üzrə olan Azərbaycana yeni nəfəs gətirdi. Heydər Əliyev 9 milyonluq Azərbaycan dövlətinin deyil, dünyada yaşayan azərbaycanlıların Ulu Öndəri kimi həmişə tarixdə qalacaqdır. Mən Heydər Əliyev haqqında danışmaqdan cox ehtiyat edirəm çünki, o tükənməyən, bitməyən mövzudur danışdıqca insan danışmaq istəyir.
Heydər Əliyev Azərbaycan tarixində , XX əsrin dahi sərkərdəsi kimi qalacaq. Yeni Azərbaycan Heydər Əliyevi adıyla bağlıdır. Ulu öndərimizin ideyalarını davam etdirən İlham Əliyev də Azərbaycanın inkişafı , gələcəyi üçün əlindən gələni edir.
Heydər Əliyev eə bir şəxsiyyətdir ki, zaman gələcək tarixçilər onun tarix haqqında danışdıqlarından, hərbiçilər onun hərb sahəsində danışdıqlarından kitablar yazacaq. Hansı sahədən danışırsan danış, Heydər Əliyevin o sahənin əsl bilicisi olduğunu anlayırsan. Mən fəxr edirəm ki, mənə general rütbəsini məhz Heydər Əliyev verib.
İBAD HÜSEYNOV QARABAĞIN QƏHRƏMANLIQ SİMVOLUDUR
Elan edilməmiş Qarabağ müharibəsində hamıya bəlli olan xarici qüvvələr tərəfindən maliyyələşən Ermənistan Azərbaycanda olan hakimiyyət zəifliyindən, özbaşınalıqdan çox səmərəli istifadə edirdi. Həmin ərəfədə Qarabağ döyüşlərində könüllülərdən ibarət dəstələr olmasaydı ermənilər indi Kür çayı sahillərinə qədər gəlib çıxardılar.
Heydər Əliyevin qayıdışından sonra bütün sahələrdə olduğu kimi hərbidə də nizam-intizam yarandı
Nəzərindən heç nə yayınmayan diqqətcil, hər sahəyə həssaslıqla yanaşan Ulu Öndər təbii ki, Azərbaycanın problemlərinin bir-biriə qatışdığı bir dövr olsa da, Qarabağ döyüşlərində xüsusi igidliklər göstərən İbad Hüseynov qərəmanlığını dəyərləndirməyi də yaddan çıxarmamışdır. İbad Hüseynov tək özü deyil, onun qardaşları da müharibədə döyüşən və seçilən əsgərlər olublar. Mən o ərazidə korpus komandiri olmuşam, onun qardaşları mənim zabitlərim olub.
O ərazidə bizim kəşfiyyatçılarımızın hazırlanmasında İbad Hüseynovun böyük rolu olub. Onun haqqında çöx şey deyilməyib, çox şey yazılmayıb özü də danışmağı sevmir, o insan fərdi şəkildə kəşfiyyata gedən qorxmaz bir əsgər olub.
Hətta kəşfiyyat proseslərində ermənilərə jest olaraq nişan da qoyub gələrdi və sonra xəbərdarlıq edərdi onlara.Cəsarətli, bacarıqlı bir əsgər olub. İbadın məhv etdiyi ASALA təşkilatının liderlərindən olan Monte Melkonyan da güclü, xüsusi hazırlanmış bir terrorçu olub. Onlar üz-üzə gələn zaman heç biri silaha əl atmağa macal tapmayıb, əlbə-ayaq döyüşüblər. İbad Hüseynov Qarabağın qəhrəmanlıq simvoludur.
O zaman Xalq Cəbhəsi dövründə Ulu Öndəri çağıranlardan biri də İbad Hüseynovun qardaşı Eyvaz Hüseynov olub. Onlar vətəni sevən insanlar kimi bilirdilər ki, Azərbaycanı kim xilas edə bilər. Heydər Əliyevin ilk döyüşçülərindən biri formalaşmış nizam- intizamlı İbad Hüseynova olan diqqət Ulu Öndərin özünə məxsusluğu idi. İbad Hüseynovu toy günü zəng edib təbrik etməsi və onun toy gününü rəsmi xəbər kimi elan etdirməsi də Ulu Öndərimizin böyüklüyü, dahiliyi idi.
Bu gün Qarabağ müharibəsi bitməyib. Azərbaycanın güclü və qüdrətli ordusu var. Ulu Öndərin ideyalarını layiqli şəkildə davam etdirən Ali Baş Komandamız İlham Əliyev cənabları müharibə əmri verərsə, təbi ki, İbad Hüseynov yenə də öndə gedənlərdən olacaq.
GULŞƏN BEHBUD