ULU ÖNDƏR HEYDƏR ƏLİYEV ADINA AAHM-NIN FƏXRI DIPLOMU İBAD HÜSEYNOVA TƏQDIM EDILDI
HEYDƏR ƏLİYEV ADINA AZƏRBAYCAN ALİ HƏRBİ MƏKTƏBİ, AZƏRBAYCAN ALİ HƏRBİ DƏNİZÇİLİK MƏKTƏBİ VƏ AZƏRBAYCAN ALİ HƏRBİ TƏYYARƏÇİLİK MƏKTƏBİ, TORPAQLARIMIZIN MÜDAFİƏSİ VƏ BÜTÖVLÜYÜ UGRUNDA BİR ÇOX TARİXİ ƏHƏMİYYƏTLİ MƏQAMLARLA TARİXDƏ İZ QOYAN QƏHRƏMAN İBAD HÜSEYNOVLA GÖRÜŞ KEÇİRDİLƏR
Azərbaycan Àli Hərbi Məktəbi 1939-cu ildə yaradılmış və Bakı Ali Ümumqoşun Komandanlıq Məktəbi adlandırılmışdır. 1992-ci ilin may ayından Bakı Ali Ümumqoşun Komandanlıq Məktəbi Azərbaycan Respublikasının tabeçiliyinə keçmişdir. Yeni yaradılmış Respublikanın Silahlı Qüvvələrinin müxtəlif ixtisas və qoşun növləri üzrə zabit kadrları ilə komplektləşdirilməsinə ehtiyacı olduğundan məktəb Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə (BABKM) çevrilmişdir.
1997-ci ildən etibarən Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə qəbul və tədris müasir standartlara uyğun həyata keçirilməyə başladı.
o Azərbaycan Respublikası Prezidentinin 20.08.2001-ci il tarixli fərmanına əsasən Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinin adı dəyişdirilib Azərbaycan Ali Hərbi Məktəbi adlandırılmışdır.
Azərbaycan Respublikası Prezidentinin 10 mart 2004-cü il tarixli fərmanı ilə isə Azərbaycan Ali Hərbi Məktəbinə ümummilli liderimiz Heydər Əliyevin adı verilmişdir. Hazırda Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin 9 kafedrasında 11 hərbi ixtisas üzrə zabitlər hazırlanır.
Bu məktəbin əsası Milli Hərbiyyə Məktəbi kimi 1918-ci ildə qoyulub. 2002-ci ildə isə indiki adını alıb. 1997-ci ilin sentyabrınadək burada zabit kadrlarının hazırlanması keçmiş Sovet Ordusunun hərbi təhsil sisteminə uyğun olaraq keçirilib. 1997-ci ilin sentyabr ayında Azərbaycan Respublikası və Türkiyə Cümhuriyyəti arasında hərbi əməkdaşlıq haqqında imzalanmış müqaviləyə əsasən bu məktəb dənizçilik və aviasiya (2002-ci ildən Ali Hərbi Dənizçilik və Ali Hərbi Aviasiya məktəbləri) məktəblərini də öz tərkibinə daxil edərək Qərb standartlarına uyğun tədris sisteminə keçdi. Ayrıca qeyd etmək gərəkdir ki, hərbi təhsil sisteminin qurulmasında Türkiyə Silahı Qüvvələrinin ciddi dəstəyi olub və hazırda bu dəstək yenə də davam etməkdədir. Türkiyəli zabitlər bu gün də Azərbaycanın müxtəlif hərbi təhsil müəssisələrində çalışmaqdadırlar..
Bu gün Silahlı Qüvvələri kadrlarla təmin edən Hərbi Akademiya, Ali Hərbi Məktəb, Təlim və Tədris Mərkəzi, Ali Hərbi Dənizçilik Məktəbi, Ali Hərbi Təyyarəçilik Məktəbi, Orta Hərbi Tibb Məktəbi, Cəmşid Naxçıvanski adına hərbi litsey və onun Naxçıvan filialı, Təlim Tədris Mərkəzi fəaliyyət göstərir.
10 avqust 2001-ci il tarixdə prezident Heydər Əliyevin fərmanı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələri üçün kadr hazırlığının sonrakı inkişafı məqsədi ilə Bakı Ali Hərbi Dənizçilik Məktəbinin adı dəyişdirilərək Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi adlandırıldı.
Bu gün dövlətimizin, dövlətciliyimizn qullugunda layiqli vətəndaş olmaq, vətənə layiqli xidmət etmək ücün bu günkü tariximizi, Qarabag problemimizi vətəndaş olaraq həlli istiqamətində hər kəs bacardığı qədər xidmət etməlidir. Hərbi məktəblərimizdə gənc nəsillərə örnək olaraq Azərbaycanın seçilmiş dəyərli generallarını, polkovniklərini, milli qəhrəmanlarını təblig etmək, onların uğurlu həyat yolundan danışmaq, təblig etmək, tanıtdırmaq maraqlı olduğu qədər də vacib məsələdir.
20.05.2012 tarixində də Heydər Əliyev adına AAHM-də kəşfiyyatçı-döyüşcü İbad Hüseynovla bağlı kecirilən tədbir onlar ücün yaddan cixmayacaq tarixə cevriləcək.
Tədbiri giriş sözü ilə açan polkovnuk-leytenant Aydın Əyyubov İbad Hüseynov haqqında danışdıqdan sonra qəhrəman haqqında çəkilmiş film izlənildi. Tədbirdə qardaş Türkiyə, Qazaxıstan, Qırgızistan respublikalarının olan kursantlarda iştirak edirdilər. Dövlət rəhbərimizin hər zaman diqqətində olan hərbi məktəblərimizdəki inkişaf və müasir dövrün tələblərinə uygun tədris proqramnın inkişafı ücün əlinən gələn xidmətləri yüksək səviyyədə yerinə yetirə AAHM-nin rəisi polkovnik Mirzəli Yusifov “Azərbaycan Bayragı” ordenli, “Biz Heydər Əliyevin əsgərləriyik” məqsəd və əqidəsi ilə yaşayan İbad Hüseynova AAHM-nin fəxri diplomunu təqdim etdi. Bu şərəfli və Ulu Öndərimizin adını daşıyan təhsil ocagınin verdiyi dəyərə görə İbad Hüseynov öz təşəkkürünü bildirdi. Sonra İbad Hüseynov və döyüş yoldaşları təhsil ocağında yaradılmış Heydər Əliyev muzeyini ziyarət etdilər və Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoydular. Qəhrəmanın keçmiş komandiri ehtiyyatda olan polkovnik Məhəmməd Qədirov, döyüş yoldaşlarından polkovnuk-leytenant Akif Qasımov, İbad Hüseynovun döyüş yolundan danışdılar.
Əslində bu gün təhsil ocaqlarında İbad Hüseynovla kecirilən tədbirlərdə gənc nəsillərdə vətənpərvərlik ruhunun yüksəldilməsi, gələcəyə yaşayan, əfsanələşən qəhrəmanimizi tanitmaq gələcək tariximiz, Azərbaycanımız ücün cox önəmlidir.
GÜLŞƏN BEHBUD
YENİ AZƏRBAYCAN PARTİYASI GƏNCLƏR BİRLİYİ “AZƏRBAYCAN BAYRAGIı” ORDENLİ TARİXİ QƏHRƏMAN İBAD HÜSEYNOBLA GÖRÜŞ KECİRDİ
Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!!!
Heydər Əliyev
Əsası 1992-ci ildə ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş, Yeni Azərbaycan Partiyasının üzvlərinin sayı yarım milyondan artıqdır.
Yeni Azərbaycan Partiyasının siyasi fəaliyyətə ölkəmizdə mürəkkəb ictimai-siyasi şəraitdə başlamışdır. Bu illər ərzində tez-tez hakimiyyət dəyişiklikləri və daxili siyasi qarşıdurmanın dərinləşməsi sayəsində ölkədə böhran vəziyyəti qorxulu həddə çatmışdı. Cəmiyyət ümumxalq inamına malik olan və ilk növbədə milli birliyə, vətəndaş həmrəyliyinə əsaslanaraq ölkəni böhrandan xilas etməyə qadir olan yeni siyasi qüvvəyə ehtiyac duyurdu.
Belə ümummilli lider yalnız dünya səviyyəli siyasətçi və dövlət xadimi, 1969-cu ildən 1982-ci ilə qədər Azərbaycana başçılıq edən, keçmiş SSRİ-nin rəhbərlərindən biri olan, ümumxalq sevgisinə və hörmətinə malik olan Heydər Əliyev ola bilərdi. Bu səbəbdən də Heydər Əliyevin rəhbərliyi altında yeni siyasi partiya yaratmaq istəyi ilə 1992-ci ilin oktyabrında ziyalılar mətbuatda ona müraciət ünvanladılar.Partiyanın təsis konfransı 21 noyabr 1992-ci ildə Naxçıvanda keçirildi və Heydər Əliyev YAP-ın sədri seçildi.
Beləliklə, Yeni Azərbaycan Partiyası qısa bir müddətə geniş şöhrət qazanaraq cəmiyyətin bütün təbəqə və kateqoriyalarından olan sağlam qüvvələri öz ətrafında birləşdirə bilmiş, ümumxalq partiyası olmaq istiqamətində uğurlu addımlar atmışdı.1993-cü ildə YAP-ın sədri Heydər Əliyevin prezident seçilməsi ilə partiyanın həyatında yeni dövrün əsası qoyulmuşdur.
Azərbaycan Respublikası Konstitusiyasının çərçivəsində öz Proqram və Nizamnaməsinə uyğun fəaliyyət göstərən YAP hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu ideyalarını həyata keçirmək, ölkədə sivil dəyərlər, demokratik prinsiplər əsasında hərtərəfli inkişafa nail olmaq insan hüquq və azadlıqlarının təminatı, liberal dəyərlərə söykənən güclü və sosial yönümlü iqtisadiyyat, sosial ədalət və hər bir Azərbaycan vətəndaşının təminatlı rifahı uğrunda mübarizə aparır.Yeni Azərbaycan Partiyasının tarixi günlərindən biri də 1995-ci il YAP Qadınlar Şurasının və Gənclər Birliyinin təsis olunmaısı ilə yada qaldi.Bu gündə YAP Gənclər Birliyi Ulu Öndərimizin etimadını dogruldaraq, onun ideyalarını layiqincə həyata kecirirlər. 18.05.2012 tarixində YAP Gənclər Birliyi Ulu Öndərimizin diqqətinən kənarda qalmayan, Qarabag müharibəsində sinəsini düşmən gülləsinə sipər edən, “Azərbaycan Bayragı” ordenli xüsusi təyinatlı kəşfiyyatcı –döyüşcü, tarixi qəhrəman İbad Hüseynovla görüş kecirdi. Görüşü giriş sözü ilə acıq elan edən YAP Gənclər Birliyinin sədri Seymur Orucov belə bir qəhrəmanla gənclərin görüşünün vacib oldugunu qeyd etdi. Qəhrəmanın komandiri ehtiyatda olan polkovnuk Məhəmməd Qədirov İbad Hüseynov kimi qəhrəman oğulları tarixin tək-tək yetişdirdiyini vurguladı. Polkovnuk –leytenant Akif Qasımovun mükəmməl hazırladıgı slayt görüş iştirakcılarını cox maraqlandırdı. “Şahinlər” Hərbi Vətənpərvərlik Düşərgəsi Səbail rayon Gənclər İdman idarəsinin müavini Faiq Qurbanov da qəhrəman haqqinda öz ürək sözlərini bildirdi və İbad Hüseynovun sayəsində bu gün əlimizdə qalan Xocavənd rayonu ərazisinə gənclərin təşəbbüsü ilə İbad Hüseynov yüksəkliyı verilməsini aciqladı.
Qəhrəmana ünvanlanan sualları özünəməxus şəkildə cavablandıran İbad Hüseynov “… Biz Qarabagı döyüşərək uduzmadıq, sadəcə o zamanın hakimiyyət zəifliyi və səriştəsizliyi ucbatınan itirdik…. Biz Ulu Öndər Heydər Əliyevin əsgərləriyik, cənab prezidentimiz İlham Əliyevin əmrini gözləyirik. Qarabag bizim olub, bizim olaraq da qalacaq” deyə bildirdi.
BAKI DÖVLƏT UNİVERSİTETİNİN TARİX FAKULTƏSİ TARİXİ QƏHRƏMAN İBAD HÜSEYNOVA FƏXRİ DİPLOM TƏQDİM ETDİ…
BAKI DÖVLƏT UNİVERSİTETİNİN TARİX FAKULTƏSİ TARİXİ QƏHRƏMAN İBAD HÜSEYNOVA FƏXRİ DİPLOM TƏQDİM ETDİ…
Azərbaycanda ilk olaraq yaradılan ali təhsil ocaqlarından olan Baki Dövlət Universiteti
Azərbaycanımızın mədəniyyətində, inkişafinda dəyərli alimlərin, şəxsiyyətlərin yetişməsində xüsusi fəaliyyəti olan təhsil ocagıdır. Tarixi şəxsiyyətlərin formalaşmasnda, dünyamiqyaslı alimlərin fəaliyyəti nəticəsində universitet daha da inkişaf edir və fəaliyyətini daha da genişləndirir. 1969 –cu ildən isə dünya şöhrətli, universitetin secilən və fərqlənən məzunu olan Ulu Öndərimiz Heydər Əliyevin rəhbərliyə gəlməsi bu ali təhsil ocagına elmin yüksək inkişafı naminə yeni müasir ixtisaslar üzrə fakultələrin, kafedraların acılması universitetin tarixində yeni inkişafa yol acır. Universitetin yetişdirdiyi alimlər … Yusif Məmmədəliyev, Həsən Əliyev, Mircəlal Paşayev, Aida İmanquliyeva, Zahid Xəlilov, Bəxtiyar Vahabzadə… fəxri doktorları -Ümümmilli lider Heydər Əliyev, Türkiyə Cümhuriyyətinin sabiq prezidentləri, Turqut Ozal, Süleyman Dəmirəl, İslam Kərimov Özbəkistan Respublikasının prezidenti, Abdullah Gül Türkiyə Cümhuriyyətinin prezidenti, İlham Əliyev Azərbaycan rüspublikasının prezidenti və bir cox respublikaların tarixi şəxsiyyətləri bu yüksək ada layiq görülmüşdür. Bakı Dövlət Universitetinin tarix fakultəsi universitet tarixində ilk yaradılan üc fakultədən birincisi olub. Bu da Azərbaycan tarixi ücün cox önəmli fəaliyyət olub.
Bu möhtəşəm ali təhsil ocagında daima Azərbaycanın dəyərli və tarixi şəxsiyyətləti ilə görüşlər-tədbirlər kecirilir.
16.05.2012-ci il tarixində isə “Azərbaycan Bayragı” ordenli, Qarabag müharibəsində xüsusi şücaətlər, igidliklər göstərmiş, Ulu Öndərimiz Heydər Əliyevin diqqətinən yayınmamış xüsusi təyinatlı kəşfiyyatcı-döyüşcü İbad Hüseynovla möhtəşəm bir görüş kecirildi.
Görüşün məhz tarix faküultəsində kecirilməsi təsadüfü deyildi. Fakultənin dosenti Azad Rzayev tədbirdə bu künkü tariximiz ücün cox önəmli bir qəhrəmanla görüşün vacib oldugunu vurguladı və qəhrəmanımıza universitetin tarix fakultəsinin fəxri diplomunu təqdim etd.i Kafedranın dəyərli müəllimləri cıxşılarında öz fikir və təkliflərini bildirdilər. Gənc tarixcilərə Qarabag müharibəsinin agri-acilarınan danişib, “Erməni donuzları Kür cayinan su icməlidir” arzusunu və planını düşmənin gözündə elə arzu olaraq qoyan, Türk dünyaslnın qəhrəmanı İbad Hüseynovu yaxınan tanımagı hər bir türk ücün önəmli oldugunu vurguladılar.
GÜLŞƏN BEHBUD
9 may 2012-ci il tarixində “Azərbaycan Bayragı” ordenli , əfsanəvi kəşfiyyatcı İbad Hüseynov Ulu Öndərimiz Heydər Əliyevin məzarını ziyarət etmişdir….
2012-ci il may ayının 8-də Naxçıvan Muxtar Respublikası İlham Əliyev adına Olimpia İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr edilmiş karate-do və boks üzrə turnir keçirilmişdir. Dəvətli olduğum tədbir Naxçıvan Muxtar Respublikasının bu idman federasiyalarının təşkil etdiyi yarış ilə əlaqədar idi. Yüksək səviyyədə düzənlənən bu yarışmada respublikanın hər bir yerindən dəvət edilmiş bütün çəki dərəcələri üzrə idmançılar iştirak edirdi. Doğrusu, əlbəyaxa idman növlərinə Naxçıvanda bu dərəcə marağın olması məni bir o qədər təəccübləndirmədi. Dövlət himninin sədaları altında başlayan turnir cəngi, hərbi marş və digər döyüş əhvali-ruhiyyəli musiqilərin müşayətilə davam etdi. Azərbaycanda tarixən əlbəyaxa döyüş növləri heç zaman sistem şəklində yaranmasa da, Uzaq Şərq döyüş fəlsəfəsi traktat kimi mövcud olmasa da, bu təlimin yaradıcıları bizə qarşı münasibətdə simpatiyalarını və bəzi parametrlərə görə üstünlüklərimizi gizlətmir. Gənclərin tez-tez mənə ünvanladıqları “Yaxşı döyüşçü, kəşfiyyatçı olmaq üçün hansı əlbəyaxa idman növünü məsləhət görərdiniz?” sualına ənənəvi cavabım burada yerinə düşür: sadəcə vətənpərvər olmaq və güclü ruha malik olmaq. O zaman hər bir şeyin, o cümlədən döyüş növlərinin kamil bilicisi olmaq çətin deyil. Dünyanı fəth etmiş babalarımız nə Şaolin məbədinin təlimi, nə də samuray qılıncı, samuray cəngavər əxlaqı barədə heç bir məlumata malik olmayıblar. O şey ki, fatehlərin yolu üzərində maneəyə çevrilməyib, onlar üçün maraq kəsb etməyib.
Müasir dünya bu döyüş növlərini idman kimi qəbul edir. Soydaşlarımızın bu sahədə müvəffəqiyyətləri isə həmin vuruşqan fatehlərin bioloji davamçılarının irsən ötürülən döyüş ruhunun kontekstində baş verir, bütün elmi-hərbi nəzəriyyələri alt-üst edən türkün savaş ruhu.
İBAD HÜSEYNOV
“ZİRVƏ” TOPLANTISI
30 aprel 2012-il tarixdə !ZİRVƏ” mədəniyyət və insənət İctimai Birliyinin təşəbbüsü ilə 2 nömrəli tibb kollecində keçirilən tədbir indiyə qədər bu mövzuya həsr edilmiş görüşləri kölgədə qoymuş oldu. Müasir dövrün xalq qəhrəmanları vətənpərvərlik mövzusunun bel sütununu təşkil edir. İbad Hüseynov fenomeninə olan simpatiya lazımi hüdudları aşaraq, çox təhlükəli bir fazaya qədəm qoya bilər: bu, şəxsiyyətə pərəstiş kimi arzuolunmaz faktordur. Ola bilər ki, bu, Azərbaycanlı mentalitetindən irəli gələn cəhətdir ki, biz ya inanmırıq, ya da fanatikcəsinə inanırıq. Əvvəllər İbad Hüseynov faktorunun mövcudluğuna insanları inandırmaq çətin idi, indisə, əksinə, insanlar I Qarabağ müharibəsinin acı nəticələrini kompensasiya etmək üçün mənəvi tələbat xatirinə öz təxəyyüllərinin məhsulu olan fantaziyanı İbadın simasında canlandırmaq istəyindədirlər. Bu, bəlkə də şifahi xalq ədəbiyyatının məhsulu olan xalq qəhrəmanları prototipinin yarandığı ərəfədir. Lakin həddən artıq şişirdilmiş xalq qəhrəmanı obrazı müvəffəqiyyət qazana bilməz: o dövr arxada qalıb. İnsanlara ancaq həqiqət gərəkdir. Hər şeyi olduğu kimi çatdıra bilsək, bu, ən yaxşı yanaşma olardı. Çox yaxşı olardı ki, digər cəbhə bölgələrində vuruşmuş qardaşlarımız da şahidi olduqları maraqlı döyüşlərdən bəhs edər, adları heç zaman çəkilməyən və ya qeyri-adi şücaətlər göstərmiş igidlər barədə məlumat verələr. Onlar, keçmiş döyüşçülər unutmasınlar ki, məlumatsızlıq mühitində olan soydaşlarımız üçün bəlkə də bizlərə bir o qədər əhəmiyyətli görünməyən detallar böyük tapıntı ola bilər. Tam arxayınam ki, bizim indi tarixin arxivinə qoyacağımız hər bir material gələcəkdə Azərbaycan hərb səlnaməsinin, tarixinin və həmçinin ədəbiyyatının zənginləşməsində istiqamətlndirici qol kimi, mənbə kimi əsaslı rol oynayacaq.
SAHİB ŞİRİNOV
Vətənpərvərlik ruhunun gücləndirilməsi istiqamətində keçirilən tədbirlər son zamanlar daha da artıb. Bu, bəlkə də hər zaman baş verir, sadəcə mən bunu sezməmişəm. Hər halda paytaxtın ayrı-ayrı təhsil ocaqlarında bu qəbildən baş tutan tədbirlərə əfsanəvi kəşfiyyatçı İbad Hüseynovla birlikdə dəvət almağım və zaman etibarılə bütün tədbirlərdə iştirak etmək imkanının olmaması bunu deməyə əsas verir. Hər hansı tədbirə bir o qədər meyilli olmasam da, mövzu ilə əlaqədar gündəmdə qalması, yaddaşlara hopdurulması, xüsusilə gənclərə aşılanması istiqamətində bunun gərəkliliyini anlayacaq durumdayam. Tədbir təşkil etmək və burada iştirak etmək çox zaman statistik xarakter aldığından auditoriyanın buna adekvat reaksiyasını da nəzərə almaq lazımdır. Lakin müzakirə olunan məsələnin aktuallığı və buna olan tələbat nəzərə alınarsa, tam başqa mənzərə alınır. Qısası, insanlara, xüsusilə gənclərə vətənpərvərlik ruhunda real informasiya lazımdır. Bu baxımdan canlı qəhrəmanla ünsiyyətdə olmaq, onun haqqında müfəssəl məlumata malik olmaq hissi bu kimi tədbirlərin daha maraqlı olmasına əlavə stimul verir. Növbəti belə bir yadda qalan tədbir Azərbaycan Pedoqoji Universitetinin nəhəng akt zalında keçirildi. Bu tədbirin təşəbbüskarı Səbael rayonunun gənclər təşkilatı idi. Torpaqlarımızın müdafiəsində əvəzsiz xidmətləri olmuş XÜSUSİ TƏYİNATLI İbad Hüseynova həsr edilmiş tədbir sürəkli alqışlarla başa çatdı. Tədbirdən sonra tələbələrin canlı qəhrəmanla şəkil çəkdirmək istəyi əməlli başlı ajiotaj yaratdı. İnanılmaz hərbi uğurlara imza atmış kəşfiyyatçının tam döyüş yolu ilə tanış olmaq arzusunda olan gənclər daha çox məlumat almaqda israrlı idilər. Onların bu istəklərini bir neçə nüsxə “Xüsusi Təyinatlı” kitabını hədiyyə etməklə reallaşdırmaq istədik.
SAHİB ŞİRİNOV
1 May 2012-ci li tarixdə QAFQAZ Universitetində bir qrup tələbə ilə qəhrəmanlıq mövzusunda keçirilən görüş, əslində iki həftə sonra keçiriləcək böyük tədbir üçün bir növ təlim-məşq toplantısı oldu. Tələbələrin və təhsil ocağının rəhbərinin dəvətilə görüşə qatılmış İbad Hüseynov demə, xalq qəhrəmanı statusunu artıq daşıyırmış. Ölkənin ən yüksək ali təhsil müəssisəsinin tələbələrinin canlı qəhrəmanla ünsiyyət qurması bir başqa hadisə idi. “İbad Hüseynov barədə ən müfəssəl məlumata “Xüsusi Təyinatlı” kitabını oxumaqla malik ola bilərsiniz”- deməyim elə də ciddi rezonans doğurmadı: sən demə, tələbələr bu məqsədlə kitabı oxumuş və bir neçə dəfə öz aralarında müzakirəyə də çıxarmışlar. Birbaşa əsərin qəhrəmanına ünvanlaşmış sualları ustalıqla müəllifə yönəldən İbad Hüseynov öz ampluasına sadiq qalaraq özü haqda danışmağa meyilli olmadığını bir daha büruzə verdi. Hər anı unudulmaz xatirəyə çevriləcək bu görüşün təsiri altında gənclərimizin həmən an döyüşə atılmaq istədikləri açıq hiss edilirdi.
Öz elmi potensialı ilə bütün dünyanı fəth etməyi qarşısına məqsəd qoymuş bu gənclərin vətənpərvərlik hisslərini sözlə ifadə etmək qeyri-mümkündür.
SAHİB ŞİRİNOV
ƏN YAXŞI MÜDAFİƏ HÜCUMDUR
Ermənilərin soyqırım kimi qələmə vermək istədikləri 24 aprel tarixi yaxınlaşır. Bu gün bütün ermənilər təşkilatlanaraq sabahkı anma gününə hazırlaşır. Təbii ki, 1915-ci ilin faciəvi olaylarından yan ötmək də olmaz. Ölkədə baş verən vətəndaş müharibəsi zamanı, öz ölkələrinə- Osmanlıya naxələf çıxmış ermənilər şimal- qərb sərhədlərindən deportasiya olunarkən acı xatirələr yaşandı. Öz xainlikləri barədə heç nə deməyən, ancaq yalançı göz yaşları töküb dünya ictimaiyyətindən yardım almaq vərdişi erməniləri tərk etmir. Bütün türkləri isə həmin günün narahatçılığı bir kabus kimi hələ də izləyir.
Düz 20 il əvvəl aprelin 23-ü günəşli gün idi. Ön mövqedə olan hərbi hissələrə xüsusi hazırlıq komandası verilmişdi. Ermənilər tərəfindən ola biləcək, heç olmasa qisas xatirinə keçirilə biləcək hər hansı əməliyyata hazırlıq görülürdü. Ermənilərin hər hansı ciddi niyyətinin olub-olmamasını sıravi heyət bilməsə də, verilən instruktaj həddən artıq məsuliyyət tələb edirdi. Lakin bu narahatlıq əndazəni aşmışdı. Erməniləri bu dərəcə qorxulu düşmən kimi qələmə vermək onların aktivinə yazılacaq kompliment kimi bir şeydir. Başqa sözlə, şeytan vəsf edildiyi qədər qorxulu deyil. Yetər ki, bu qorxunun üzərinə gedəsən. İbada verilən kəşfiyyat tapşırığı eyniməzmunlu idi: düşmən arxasından dəqiq məlumat gətirmək, yalnız lazımi halda döyüş keçirmək. Kəşfiyyatın vaxtını təyin etmək, həmin o “lazımi” halı qiymətləndirmək onun müstəsna hüququ idi. İndiyə qədər mənə şübhəli qalan həmin anın qaçılmazlığı idi. Yoxsa, bu, İbadın qaçılmazlıq pərdəsi altında əsl uşaqlıq fantaziyasını reallaşdırması idi? Hər halda həmin gecə düşmən səngərinə arxadan yaxınlaşan 6 nəfərlik kəşfiyyat dəstəsi ermənilərə əsl sürpriz yaşatdı. Qəfildən yaxın məsafədən səngərə edilən hücum oradakı bütün düşmən döyüşçülərinin məhvi ilə nəticələndi. Bu “qaçılmazlığı” nə ilə izah etmək isə onun ixtiyarında olan şəraitə görə hərəkət etmə motivləri oldu. Səhərə yaxın ermənilərin müdafiə platsdarmları “QRAD” qurğularından güclü atəşə tutuldu. Miqyasına görə bəlkə də kiçik hərbi uğurdur. Amma biz bu dəfə düşməni qabaqlaya bildik. Gecəni səksəkəli müdafiə şəraitində qarşılamaqdansa, cəsarətli hücum daha etibarlı müdafiə effektini verir.
Bunu ona görə yazdım ki, biz hər il həmin günü intizarla gözləyirik ki, görəsən, ABŞ prezidenti türklərə minnət qoyaraq bu dəfə də soyqırım ifadəsini işlətməyəcək ki?
“Bütün monqollar şimşəkdən qorxur. Sənin qorxmamağının sirri nədir?” sualına böyük Çingiz xan belə cavab verir: Mən səma altında şimşəkdən gizlənməyə yer tapa bilmədim. Odur ki, qorxunu atdım”.
SAHİB ŞİRİNOV


























































